Doctorsonline.com şəbəkəsindən İstifadə Qaydaları

 

Doctorsonline.Com saytının administrasiyası saytdan istifadəyə Doctorsonline.Com saytının İstifadə Qaydalarının mövzusu olan şərtlər daxilində imkan verir. Odur ki, biz sizə, İsveçrə Konfederasiyasının mülki məcəlləsinə uyğun olaraq saytın Administrasiyası tərəfindən rəsmi təklif kimi qiymətləndirilən bu Qaydaların şərtləri ilə tanış olmağı təklif edirik.

 

Qaydalarda istifadə olunan terminlər

 

1. Doctorsonline.Com saytı (və ya Sayt) a) EHM proqramlarının (EHM-də icra olunan proqram kodlarının) və b) İstifadəçilər və Administrasiya tərəfindən onların tərkibində yerləşdirilən məlumatdan (Kontentdən) ibarət bir internet resursudur. Doctorsonline.Com saytı http://doctorsonline.com şəbəkə (domen) adı altında İnternet şəbəkəsinə daxildir (domenin İstifadəçi tərəfindən bu Qaydaların qəbul edildiyi an mövcud olan, eləcə də fəaliyyət müddəti ərzində istifadəyə verilən bütün səviyyələri də daxil olmaqla).

1.2. Saytın Administrasiyası olan “Globalmed.LLC onun idarə olunması inkişafına cavabdehdir.

1.3. İstifadəçi-Doctorsonline.Com saytından istifadə edən istənilən şəxsdir.

1.4. Həkim-istənilən ixtisas üzrə həkim statusu altında saytda qeydiyyata alınmış ali tibbi təhsilli mütəxəssisdir.

1.5. İnternet provayder- internet resursu təklif edən təşkilatdır.

 

Doctorsonline.com şəbəkəsindən İstifadə Qaydalarının statusu

 

2.1. Doctorsonline.Com saytından İstifadə Qaydaları (bundan əvvəl və sonra-Qaydalar) Saytın Administrasiyası tərəfindən hazırlanmışdır. Bu Qaydalar Saytın inkişaf və istifadə şərtlərini, İstifadəçilərin və Administrasiyanın hüquq vəzifələrini müəyyən edir.

2.2. Qaydalar, predmeti Administrasiya tərəfindən İstifadəçiyə Saytdan istifadə imkanının verilməsi olan Administrasiya və İstifadəçi arasındakı hüquqi baxımdan icbari bir sazişdir. Bundan əlavə, İstifadəçi və Administrasiya arasındakı sazişə İnternet şəbəkəsində Saytın müvafiq bölmələrində yerləşdirilmiş əlavə funksiyalarının istifadəsini tənzimləyən əlavə xüsusi sənədlər də daxildir.

2.3. Saytdan istifadəyə başlamadan əvvəl İstifadəçi Qaydalarla tam tanış olmalıdır. İstifadəçinin Saytdan istifadə etməsi onun Qaydaları İsveçrə Konfederasiyasının Mülki Məcəlləsinə uyğun olaraq tam və qeyd-şərtsiz qəbul edilməsi deməkdir.

2.4. Qaydalar Saytın Administrasiyası tərəfindən heç bir xüsusi bildiriş olmadan birtərəfli qaydada dəyişdirilə və/və ya əlavə oluna bilər. Qaydalar hamı üçün anlaşılan bir sənəddir. Mövcud Qaydalarla İnternet şəbəkəsinin http://doctorsonline.com/ru/terms və istənilən dil bölməsinin müvafiq səhifəsində tanış olmaq olar. Saytın Administrasiyası İstifadəçilərə Qaydaların şərtlərinin dəyişdirilməsi və/və ya əlavə edilməsi ilə bağlı onları mütəmadi olaraq yoxlamağı tövsiyə edir. Qaydalara dəyişikliklərin və/və ya əlavələrin edilməsindən sonra Saytın istifadəsinin davam etdirilməsi, İstifadəçinin bu əlavə və/və ya dəyişiklikləri qəbul etməsi deməkdir.

 

Doctorsonline.com şəbəkəsinin statusu

 

3.1. Bütövlüklə Sayt və http://doctorsonline.com şəbəkə ünvanının (domen adı) istifadə hüququ Saytın Administrasiyasına məxsusdur. Saytın Administrasiyası hər bir şəxsə ondan İsveçrə Konfederasiyasının mövcud qanunvericiliyinə və Qaydalara uyğun olaraq istifadə imkanı verir.

3.2. Qaydalar Saytın Administrasiyasının bilavasitə iştirakı olmadan İstifadəçi tərəfindən Saytın tərkibində məlumatın və intellektual fəaliyyətin nəticələrinin yerləşdirilməsini, eləcə də başqa şəxslərin ondan istifadə etməsi hüququnu tənzimləyir (həkimlərin iş yerləri barədə məlumatlar, həkimlərin telefon nömrələri və elektron poçtları, tibbi və digər məqalələr, elmi işlər, qrafik və dizayn əsərləri, foto əsərlər, EHM üçün proqramlar da daxil olmaqla).

 

Doctorsonline.com şəbəkəsinin administrasiyası

 

4.1. Saytda yerləşdirilmiş Qaydalarda və digər sənədlərdə Doctorsonline.Com saytının administrasiyası dedikdə (bundan əvvəl və sonra-Sayt Administrasiyası və ya Administrasiya) “Globalmed.LLC” məhdud məsuliyyətli cəmiyyət başa düşülür.

4.2. Mövcud Qaydalarla, Saytın fəaliyyətinə və onun istifadəsi zamanı hüquq və mənafelərinin pozulmasına dair bütün suallar, Rusiya Federasiyasının qanunvericiliyinə uyğun müvəkkil sorğuları, fiziki və hüquqi şəxslərin müraciət, təklif və iradları admin@doctorsonline.com elektron poçtuna yönəldilə bilər.

4.3. Mövcud Qaydaların heç bir müddəası İstifadəçiyə Sayt Administrasiyasının firma adından, əmtəə nişanlarından, domen adlarından və digər fərqləndirici nişanlarından istifadə etmə hüququ vermir. Sayt Administrasiyasının firma adından, əmtəə nişanlarından, domen adlarından və digər fərqləndirici nişanlarından istifadə hüququ yalnız Sayt Administrasıyası ilə yazılı saziş əsasında verilə bilər.

 

Doctorsonline.com şəbəkəsində istifadəçilərin hüquqları

 

5.1. Doctorsonline.Com saytından istifadə edən hər bir istifadəçi saytdan istifadə qaydaları və istifadəçi sazişi ilə avtomatik razılaşır, bu sazişin bütün bəndləri ilə tanış və razı olur.

5.2. Həkimin anketindəki məlumatların əlavə olunması, dəyişdirilməsi və informasiya xarakteri daşıması haqda İstifadəçiyə məlumat verilmişdir. Bu məlumatların dəqiqliyi və onların istifadəsinin nəticələri görə Sayt Administrasiyası məsuliyyət daşımır.

5.3. İstifadəçi bu sayt vasitəsilə istənilən həkimə etdiyi müraciətin tibbi xidmətlərlə və/və ya tələblərlə bağlı olacağını öz öhdəsinə götürür.

5.4. Reklam və ya kommersiya xarakteri daşıyan müraciətli İstifadəçilərin IP ünvanları Sayt Administrasiyası tərəfindən həmişəlik bağlanacaq. İstifadəçi sazişinin bu şərtini pozan statistik IP-ünvanlı İstifadəçilər yaşadıqları ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar.

5.5. İstifadəçi sazişinin bu şərtinin pozulmasının həyata keçirildiyi şəbəkənin provayderləri üçqat xəbərdarlıqdan sonra bağlanacaq. Sayt Administrasiyası sazişin bu şərtini təkrarən pozan şəxslərə İnternet xidmətlərini göstərən provayderin cinayət məsuliyyətinə cəlb etməsi hüququna malikdir.

5.6. İstifadəçiyə, müraciətlərin mətni, eləcə də əlavə olunmuş bütün məlumat və sorğuların etik normalara və tələblərə uyğun olmasının vacibliyi haqda məlumat verilib.

5.7. “Onlayn məsləhət” bölməsi vasitəsilə həkimə verilən sualın cavabı istifadəçinin elektron poçtuna göndərilir. “Onlayn məsləhət” bölməsi vasitəsilə həkimə verilən sualın cavabı bir neçə dəqiqə və ya bir neçə gün ərzində istifadəçinin elektron poçtuna göndərilə bilər. Həkim “Onlayn məsləhət” bölməsi vasitəsilə verilən suala ümumiyyətlə cavab verməmək hüququna malikdir.

5.8. “Onlayn məsləhət” və “Şəxsi məsləhət” bölmələri vasitəsilə verilən məsləhətlərin düzgünlüyünə və onların nəticələrinə görə nə Sayt Administrasiyası, nə də Saytda qeydiyyatdan keçmiş həkim məsuliyyət daşımır. Bu məsləhət məlumat xarakteri daşıyır və həkimin şəxsi məsləhətini əvəz edə bilməz.

5.9. Qəbula yazılmaq haqda göndərilən sorğunun təsdiq və ya rədd müddəti bir neçə dəqiqədən bir neçə günə qədər dəyişə bilər. Saytda qeydiyyatdan keçmiş həkim qəbula yazılmaq haqda göndərilən sorğulara cavab verməmək hüququna malikdir.

5.10. Həkim xəstə ilə, qəbula yazılmaq haqda göndərilən sorğuda göstərilmiş telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq hüququna malikdir.

5.11. Sayta əlavə olunmuş və/və ya Sayt vasitəsilə həkimə göndərilmiş məlumatların məxfiliyinə Sayt Administrasiyası təminat verə bilməz. Məxfi məlumatın başqa məqsədlərlə istifadə olunmasının qarşısını almaq üçün İstifadəçi öz şəxsi məlumatlarını saxtalaşdırmaq hüququna malikdir (“Məxfilik” bölməsinə baxın).

5.12. İstifadəçiyə bu istifadəçi sazişinin hüquqi qüvvəyə malik olması haqda məlumat verilib.

5.13.Həkim və İstifadəçi arasında baş verən başqa növ anlaşılmazlıq və münaqişələr həkimin yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq həll olunacaqlar.

 

Doctorsonline.com şəbəkəsində həkimlərin hüquqları

 

6.1. Həkim-istənilən ixtisas üzrə həkim statusu altında saytda qeydiyyata alınmış ali tibbi təhsilli mütəxəssisdir.

6.2. İxtisası saytın ixtisaslar siyahısında yer almış istənilən tibb mütəxəssisi saytda həkim statusu ilə qeydiyyatdan keçə bilər.

6.3. Saytda həkim statusunda qeydiyyatdan keçmiş hər bir istifadəçi bu sazişi avtomatik olaraq qəbul etmiş olur.

6.4. Saytda həkimlərin təsdiq edilmiş və edilməmiş anketləri mövcuddur. Həkim statusunun təsdiqlənməsi üçün ali tibbi təhsil haqqında diplomun və müvafiq tibbi ixtisasa yiyələnmək haqda sertifikatlarının sürətini validation@doctorsonline.com elektron poçtuna göndərmək lazımdır. Həkim (İntern, Ordinator, Tibb Elmləri Namizədi, Tibb Doktoru, Professor, Akademik və s) əlavə titulunun təsdiqi üçün müvafiq sertifikatların da surətlərini göndərmək lazımdır. Təsdiq edilmiş anketlərin qarşısında sarı xətt qoyulur. Həkimin əlavə titulu təsdiq olunduqda bu titul onun adı və soyadı qarşısında yer alır.

6.5. Hər bir qeydə alınmış həkim öz anket məlumatlarının düzgünlüyünü təmin etməli və bir ay ərzində onları təsdiq etməlidir (6.4 bəndində qeyd olunduğu kimi). Əks təqdirdə bu müddətdən sonra həmin həkimin anketi saytdan silinəcək.

6.6. Həkim “Şəxsi məsləhət” bölməsində suallara cavab vermək və ya verməmək, “Qəbula qeydiyyat” bölməsində isə qəbul sorğularını təsdiq və ya rədd etmək hüququna malikdir.

6.7. Həkimin məqalələrin, tibbi tədqiqatların nəticələrinin, elmi əsərlərin tibbi jurnala əlavə etməsi, eləcə də əsas səhifədəki “Onlayn məsləhət”də iştirak etməsi onun şəxsi istəyi ilə həyata keçirilir.

6.8. Həkim öz öhdəsinə, Sayta başqa şəxsin və ya təşkilatın müəlliflik hüququnu pozan kontent (tibbi tədqiqatların nəticələri, elmi işlər, məqalələr, fotolar, şəxsi məlumatlar və s.) əlavə etməməyi götürür. Əks halda həmin həkimin anketi saytdan silinəcək. Saytın Administrasiyası həmin şəxsi onun yaşadığı ölkənin cinayət məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmək hüququna malikdir.

6.9. Saytda həkim statusunda qeydiyyatdan keçmiş şəxslər təsdiq edir ki, Saytın Administrasiyası “Şəxsi məsləhət” və “Qəbula qeydiyyat” bölmələri vasitəsilə alınan məlumat və sorğuların doğru olub-olmadığı barəsində heç bir məsuliyyət daşımır.

6.10. Saytda qeydiyyatdan keçməklə həkim, Sayt Administrasiyası ilə onun arasında yaranacaq bütün münaqişələrin İsveçrə Konfederasiyasının mülki və cinayət məcəlləsinə uyğun olaraq baxılacağını təsdiq edir. 

 

Yekun müddəalar

 

7.1. Bu Qaydalar Saytın və onun funksiyalarının istifadə qaydasına dair Administrasiya və İstifadəçi arasında bir sazişdir.

7.2. Qaydalar İsveçrə Konfederasiyasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Qaydalarda əks olunmayan məsələlər İsveçrə Konfederasiyasının qanunvericiliyinə uyğun olaraq həll edilirlər.

7.3. Qaydaların icrası ilə bağlı hər hansı fikir ayrılığı və ya mübahisə yarandığı təqdirdə, Administrasiya və İstifadəçi yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün danışıqlar aparmaqda öz səylərini əsirgəməyəcəklər. Mübahisə öz həllini danışıqlar yoluyla tapmazsa, onda o, İsveçrə Konfederasiyasının mövcud qanunvericiliyində müəyyən edilmiş qaydada həll edilir.

7.4. İstifadəçi üçün bu Qaydalar onun Sayta qoşulduğu andan qüvvəyə minir və qeyri-müəyyən müddət ərzində qüvvədə olurlar.

7.5. Qaydalar rus dilində tərtib edilib və İstifadəçinin tanış olması üçün başqa dildə təqdim edilə bilərlər.

7.6. Qaydaların müddəalarının birinin və ya bir neçəsinin hüquqi qüvvəsiz hesab edilməsi onun digər müddəalarının hüquqi qüvvəsinə heç bir təsir göstərmir.