Doctorsonline.com

 

- həkim və xəstələr arasında əlaqələrin yaxşılaşması və sadələşməsinə yönəlmiş tibbi sosial şəbəkədir.

Bizim sosial şəbəkə xəstəyə, internet vasitəsilə, zəruri mütəxəssis tapmaq, onlayn məsləhətlər almaq və istənilən həkimin qəbuluna yazılmaq imkanını yaradır. Həkimin qəbuluna qeydiyyat onun şəxsi anketindəki telefon nömrəsi ilə də aparılır.

Bundan əlavə, bizim sosial şəbəkə xəstəyə, aldığı məsləhət və/və ya müalicə əsasında, həkim haqqında öz rəyini paylaşmağa imkan verir. Həkimin anketində və tibb jurnalındakı məlumatla birlikdə, bu rəy xəstələrə münasib mütəxəssis tapmağa imkan verir.

Öz anketlərini bizim sosial şəbəkəyə əlavə edərək həkimlər, xəstələrə, onları tez və asan tapmaq, "Onlayn məsləhət" bölməsində maraqlandıran suallarla müraciət etmək və internet vasitəsilə qəbula yazılmaq imkanını yaradırlar. Həkimin anketinə əlavə edilmiş məlumat onun təhsili və bacarığı haqqında geniş təsəvvür yaradır. Həkimlər, öz növbəsində, göndərilən sualları şəxsi kabinetləri vasitəsilə cavablandıra, qəbula yazılmaq üçün sorğuları təsdiq və ya rədd edə bilərlər. Saytın bu imkanları həkim və xəstə arasında əlaqəni daha asan və rahat edir.

Bundan əlavə, “Tibb jurnalı” bölməsində həkimlər öz elmi işlərini, tibbi tədqiqatların nəticələrini və maraqlı məqalələri xəstələrlə, həmkarlarla, eləcə də saytın digər istifadəçilərilərilə bölüşə bilərlər. Ən çox oxunan yazılar saytın əsas səhifəsində yer alacaqlar.

Doctorsonline.com həm həkimlər, həm də xəstələr üçün nəzərdə tutulmuş ilk peşəkar sosial şəbəkədir. Bundan əlavə, Doctorsonline.Com ilk çoxmillətli tibbi sosial şəbəkədir. Sosial şəbəkəmizin digər üstünlüyü tibbi məqalələri saytımızın bütün istifadəçiləri ilə bölüşmək imkanıdır. İstifadənin sadəliyi də onun müsbət cəhətlərindəndir.

Layihə "Globalmed. LLC" məhdud məsuliyyətli cəmiyyətinin dəstəyilə həyata keçirilir. Məqsədimiz bütün dünya ölkələrinin tezliklə şəbəkəmizə qoşmaqdır. Bu planın həyata keçirilməsinə dəstək olacaq istənilən şirkətlə əməkdaşlığa həmişə hazırıq.

 

Sosial şəbəkəmiz pulsuzdur və həmişə pulsuz olacaq!