Məxfilik şərtlərində istifadə olunan anlayışlar

 

1. Sayt-a) EHM proqramlarının (EHM-də icra olunan proqram kodlarının) və b) İstifadəçilər və Administrasiya tərəfindən onların tərkibində yerləşdirilən məlumatdan (Kontentdən) ibarət bir internet resursudur.

2. Həkim-istənilən ixtisas üzrə həkim statusu altında saytda qeydiyyata alınmış təsdiq edilmiş və ya edilməmiş istifadəçidir.

3. İstifadəçi-saytdan istifadə edən istənilən şəxsdir.

4. Şəbəkənin administrasiyası-“Globalmed.LLC” məhdud məsuliyyətli cəmiyyətinin səlahiyyətli nümayəndəsidir.

5. Yaşayış ölkəsi - təsdiq edilmiş və ya edilməmiş istifadəçinin yaşadığı ölkədir.

6. Qeydiyyat ölkəsi-təsdiq edilmiş və ya edilməmiş istifadəçinin şəbəkədəki qeydiyyat ölkəsidir.

7. Məxfilik şərtləri-istifadəçilərin müəlliflik hüquqlarının və intellektual dəyərlərinin qorunması, onların şəxsi məlumatlarının yayılmaması, eləcə də başqa yerlərdə və başqa məqsədlər üçün istifadəsinin qarşısının alınmasını nəzərdə tutan və istənilən istifadəçinin avtomatik olaraq razılaşdığı saytdan istifadə şərtləridir.

8. Mülki məcəllə-özündə mülki hüquq normalarını birləşdirən sistemləşdirilmiş qanunvericilik aktıdır.

9. Cinayət məcəlləsi- cinayət hüququnun əsas və yeganə mənbəyi, müəyyən ölkə ərazisində cinayətkarlıq və cəzaya layiq olma əməllərin yeganə normativ aktıdır.

 
Ümumi Məxfilik Şərtləri
 
1. Həkimlər saytdakı fərdi səhifələrində informasiyanın yaradılması və yerləşdirilməsi ilə əlaqədar öz hərəkətlərinə görə mövcud Məxfilik Şərtlərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Mövcud Məxfilik Şərtlərinin pozulması İsveçrə Konfederasiyasının mövcud qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyətini yaradır.
2. Şəbəkənin administrasiyası onun istifadəsinə texniki imkan yaradır, İstifadəçilərin fərdi səhifələrinin məzmununun formalaşmasında iştirak etmir, fərdi səhifələrin məzmununa nəzarət etmir, bütövlükdə saytın və fərdi səhifələrin istifadə olunması ilə əlaqədar hərəkətlərə və ya hərəkətsizliyə nəzarət etmirsuliyyət daşımır.
3. Saytın informasiya sistemində onun proqram təminatında Saytın istifadəsi ilə bağlı İstifadəçilər arasında münasibəti avtomatik tənzimləyən nəzarət və senzura texniki vasitələri yoxdur.
4. İstifadəçi tərəfindən bu Qaydaların pozulması ilə bağlı Saytın administrasiyası məsuliyyət daşımır. İstənilən istifadəçi tərəfindən bu Qaydaların pozulması barəsində digər istifadəçilərdən məlumat aldıqda, Saytın administrasiyası, səbəbini izah etmədən bu qaydaları pozan istifadəçinin fərdi səhifəsini və onun dərc etdiyi məlumatı silə, onun saytdan istifadəsini məhdudlaşdıra və dayandıra bilər.
5. Saytın administrasiyası və ya onun səlahiyyətli nümayəndəsi, saytın istifadəsi ilə əlaqədar istifadəçiyə və digər şəxslərə dəymiş hər hansı dolayı, təsadüfi və ya düşünülməmiş ziyana görə (itirilmiş qazanc və məlumatlar, ləkələnmiş şərəf, ləyaqət və işgüzar reputasiya da daxil olmaqla) heç bir məsuliyyət daşımır.
 
Həkimin şəbəkədəki fəaliyyətinin məxfiliyi
 
Şəbəkədən istifadə mövcud Məxfilik Şərtləri ilə məlumatlı və razı olmaq deməkdir.
 
1. Həm saytda qeydə alınmış həkim, həm də istənilən digər istifadəçi sayta daxil etdiyi, eləcə də saytdan aldığı informasiyanın məxfiliyinə və əlçatmazlığı ilə bağlı tam məsuliyyət daşıyır.
2. Saytın administrasiyası onun istifadəçiləri arasında texniki cəhətdən təhlükəsiz məlumat mübadiləsini təmin edir.
3. Həkimin fərdi anketində saxlanılan istənilən məlumat (iş yeri, telefon nömrəsi, elektron poçt ünvanı və istifadəçinin fərdi səhifəsində yer alan digər məlumatlar da daxil olmaqla) geniş ictimaiyyət üçün açıqdır. Sayt Administrasiyası bu informasiyanın açıq olmasının nəticəsi ilə əlaqədar heç bir məsuliyyət daşımır.
4. “Online konsultasiya” bölməsindən istifadəçinin həkimə verdiyi sualın cavabını “Şəxsi məsləhət” bölməsindən yalnız həmin istifadəçi ala bilər. Bu üsulla alınmış informasiyanın yayılma və dərc olunmasının mümkünlüyü, istifadəsi, eləcə də istifadəsinin nəticələri ilə əlaqədar Saytın Administrasiyası heç bir məsuliyyət daşımır.
5. “Qəbula qeydiyyat” bölməsi vasitəsilə daxil olan bütün məlumatlar məxfi “həkimlik sirri” sayılır. Bu məlumat başqa yerlərdə dərc edilməməli, yayılmamalı, eləcə də başqa şəxslərə ötürülməməlidir. Məxfilik Şərtlərinin bu bəndinin tələblərinin pozulması və onun nəticəsi ilə əlaqədar həkim “həkimlik sirri”nin yayılması ilə əlaqədar yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
6. “Qəbuluna yazılmaq” bölməsi vasitəsilə qəbula yazılmaq üçün göndərilən sorğunun təsdiq və ya rədd edilməsi cavabı yalnız sorğunu göndərən istifadəçi tərəfindən qəbul edilə bilər. Bu informasiyanın yayılma və dərc olunmasının mümkünlüyü, istifadəsi, eləcə də istifadəsinin nəticələri ilə əlaqədar Saytın Administrasiyası heç bir məsuliyyət daşımır.
7. Həkimin şəxsi kabinetinin “Jurnal” bölməsində yerləşdirilmiş bütün məlumat avtomatik olaraq müvafiq dil bölməsinin “Tibb jurnalı” bölməsinə hər kəs üçün açıq vəziyyətdə əlavə olunur. Ən çox oxunan məqalələr avtomatik olaraq saytın əsas səhifəsinə əlavə olunurlar. Saytın Administrasiyası bu məlumatın açıq olması ilə əlaqədar heç bir məsuliyyət daşımır.
8. Müəllifi özü olmadığı, eləcə də müəlliflik hüququ haqqında qanun ilə qorunan məlumatın yerləşdirilməsi ilə bağlı istənilən müəllif hüququ pozuntusuna görə həkim, yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə olaraq məsuliyyət daşıyır. Həkimin müəllif hüquqlarını pozması haqda şikayət daxil olduqda, həmin həkimin əlavə etdiyi bütün informasiya silinir (həkimin fərdi səhifəsi də daxil olmaqla), adı isə arzuolunmaz istifadəçilər siyahısına daxil edilir.
9. Həkim tərəfindən “Onlayn məsləhət” bölməsinə əlavə olunan bütün informasiya hər kəs üçün açıqdır. İstifadəçi tərəfindən bu informasiyanın yayılması, eləcə də başqa məqsədlə istifadə olunması və bu istifadənin nəticəsi ilə əlaqədar Saytın Administrasiyası heç bir məsuliyyət daşımır.
10. Həkim istənilən istifadəçinin onun anketinin “Şərh” bölməsində öz rəyinin və/və ya şərhinin yerləşdirməsi hüququnun olması haqda xəbərdardır. Bütün bu şərhlər hər kəs üçün açıqdırlar. Həkim mütəmadi olaraq bu bölməni nəzərdən keçirməyi, reklam və kommersiya şərhlərini, xoşagəlməz, eləcə də etik və yazılı ünsiyyət qaydalarına uyğun olmayan şərhləri silməyi öz üzərinə götürür. Saytın Administrasiyası istifadəçilər tərəfindən “Şərh” bölməsinə əlavə edilmiş informasiya və onun istifadəsinin nəticəsi ilə əlaqədar heç bir məsuliyyət daşımır.
 
Digər istifadəçilərin şəbəkədəki fəaliyyətinin məxfiliyi
 
İstənilən şəxsin saytdan istifadə etməsi onun tərəfindən mövcud Məxfilik Şərtlərinin qəbul edilməsi deməkdir:
 
1. Sayta daxil etdiyi və saytdan aldığı məlumatın məxfiliyinin və əlçatmazlığının qorunması ilə əlaqədar hər bir istifadəçi məsuliyyət daşıyır.
2. Şəbəkənin administrasiyası onun istifadəçiləri arasında texniki cəhətdən təhlükəsiz məlumat mübadiləsini təmin edir.
3. Həkimin şəxsi anketində (fərdi səhifəsində) göstərilmiş bütün məlumat müvafiq ixtisaslı münasib həkimin tapılması, şəxsi məsləhətləşmənin keçirilməsi və həkimin qəbuluna sayt və ya telefonla yazılmaq üçün nəzərdə tutulmuşdur. Bu məlumatın başqa məqsədlərlə istifadə olunmasının qarşısı, həmin həkimin yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq alına bilər.
4. Hər bir istifadəçi “Şəxsi məsləhət” bölməsi vasitəsilə həkimə göndərdiyi bütün məlumatın həkimin yaşadığı ölkənin “həkimlik siri” haqqında qanununa uyğun olaraq qorunduğunu bilir.
5. İstifadəçi tərəfindən həkimə “Şəxsi məsləhət” bölməsi vasitəsilə göndərilən məlumat internet vasitəsilə ilkin tibbi məsləhət almaq məqsədi daşıyır və heç bir halda həkimin şəxsi məsləhətini əvəz edə bilməz. Sayt vasitəsilə aldığı həkim tövsiyələrin yerinə yetirilməsinin nəticələrilə bağlı İstifadəçi tam məsuliyyət daşıyır.
6. İstifadəçi tərəfindən həkimə “Şəxsi məsləhət” bölməsi vasitəsilə göndərilən məlumat internet vasitəsilə ilkin tibbi məsləhət almaq məqsədi daşımalıdır. Sayt Administrasiyası bu bölmənin başqa məqsədlərlə istifadə edilməsini qadağan edir. Sayt vasitəsilə həyata keçirdiyi reklam və kommersiya fəaliyyəti ilə əlaqədar istifadəçi, Məxfilik Şərtlərinə və yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
7. Hər bir istifadəçi “Şəxsi məsləhət” bölməsi vasitəsilə həkimə göndərdiyi bütün məlumatın həkimin yaşadığı ölkənin “həkimlik siri” haqqında qanununa uyğun olaraq qorunduğunu bilir.
8. İstifadəçinin “Qəbula qeydiyyat” bölməsi vasitəsilə göndərdiyi sorğu qəbula yazılmaq məqsədilə göndərilə bilər. Sayt Administrasiyası bu bölmənin başqa məqsədlərlə istifadə edilməsini qadağan edir. Sayt vasitəsilə həyata keçirdiyi reklam, kommersiya və ya digər fəaliyyəti ilə əlaqədar istifadəçi, Məxfilik Şərtlərinə və yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
9. Həkim tərəfindən “Jurnal” və “Tibb jurnalı” bölmələrinə əlavə olunan bütün məlumat (məqalələr, fotolar, qrafik informasiya daşıyıcıları, cədvəllər və s.) Məxfilik Şərtlərinin və həkimin yaşadığı ölkənin müəlliflik hüququ haqqında qanununa uyğun olaraq qorunur. Bu məlumatın yayılması, dərc olunması, eləcə də başqa məqsədlə istifadə olunması və bu istifadənin nəticəsi ilə əlaqədar istifadəçi, Məxfilik Şərtlərinə və yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
10. Həkimin şəxsi anketinin (fərdi səhifəsinin) alt hissəsindəki “Şərh” bölməsi həkimin tibbi və fərdi xüsusiyyətləri haqqında düzgün təsəvvür yaratmaq üçün nəzərdə tütulmuşdur. Məxfilik Şərtlərinə uyğun olaraq, Sayt Administrasiyası buradakı məlumatın başqa məqsədlərlə istifadə edilməsini qadağan edir. Bu şərtin pozulması ilə əlaqədar istifadəçi, Məxfilik Şərtlərinə və yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
11. Online konsultasiya” bölməsi internet vasitəsilə ilkin tibbi məsləhət almaq məqsədi daşıyır. Bu bölmənin kommersiya, reklam və ya başqa məqsədlərlə istifadə edilməsini qadağan olunur. Bu bölmənin başqa məqsədlə istifadə olunması və bu istifadənin nəticəsi ilə əlaqədar istifadəçi, Məxfilik Şərtlərinə və yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
12. İstifadəçi “Onlayn məsləhət” bölməsinə əlavə etdiyi bütün məlumatın açıq olduğunu bilir. Bu məlumatın yayılması, başqa yerlərdə dərc olunması, eləcə də başqa məqsədlə istifadə olunması mövcud Məxfilik Şərtlərinə uyğun olaraq qadağan olunur. Bu şərtin pozulması ilə əlaqədar istifadəçi, yaşadığı ölkənin mülki və cinayət məcəlləsinə uyğun olaraq tam məsuliyyət daşıyır.
13. Şəxsi məlumatlarının və onların məxfiliyinin qorunması məqsədilə Saytın Administrasiyası istifadəçilərə anketi (fərdi səhifələri) təsdiq olunmuş həkimlərə müraciət etməyi, eləcə də “Şəxsi məsləhət” və “Onlayn məsləhət” bölmələrində ad və soyadlarını dəyişməyi tövsiyə edir.
 
  *4-cü və 7-ci bəndlər yalnız təsdiq olunmuş anketlərə (səhifələrə) şamil edilir. Bu anketlərdə həkimim adı qarşısında təsdiq qeydiyyatı mövcuddur.