Dr. Qalib Əsədov

Azərbaycan, Bakı

Turan klinikası

Nevropatoloq

Dil bilimi: English, Русский, Azərbaycan dili

Əlaqə nömrəsi: 0503247678

Professional bioqrafiya
Müvafiq məlumat hələ ki mövcüd deyil.
Əlavə məlumat
Qalib Əsədov
1992-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirib.
Əmək fəaliyyəti:
- Əmək fəaliyyətinə AzDTU-nun nevrologiya kafedrasından bashlayıb.
- “ Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar “ adlı elmi işinə görə 1993-cü ildə “İlin ən yaxşi gənc elmi tədqiqatçisi” nominasiyasında birinci yeri qazanıb. İki çap olunmuş elmi məqalənin müəllifidir. Müxtəlif xəstəxanalarda həkim nevropatoloq vəzifəsində çalışıb.
- 2005-2012 illərdə Şəki Əlillərin Regional Bərpa Mərkəzinin Baş həkimi vəzifəsində işləyib
- 2009-cu ildə Səhiyyə sahəsində “ İlin qalibi ” olub.
- 2010-cu ildə Ukrayna Respublikasında Burdenko adına Spinal sanatoriyada klinik təcrübə keçib. İstanbul və Vyana şəhərlərində “ Sağlam həyat” mövzusunda keçirilən elmi konfranslarda iştirak edib.
- 2012-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Nevroloji Ana Bilim Dalında klinik təcrübə keçmişdir.
EEQ ( Elektroensefaloqram) üzrə tanınmış mütəxəssisdir. Bu metodun köməyi ilə ürəkgetmə, qicolma tutmalarinin səbəbini aydınlaşdırmaq, beynin qanla təhcizatının vəziyyətini aşkar etmək, baş ağrısı, baş gicəllənmə, yuxusuzluq, əsəbilik və s. kimi nevroloji halların xarakterini müəyyənləşdirmək, kəllə-beyin travmalarından sonrakı dövrdə yarana biləcək fəsadları vaxtında aşkar etmək mümkündür.

Xidmət:
Angionevrologiya:
baş beyin qan dövranının kəskin pozulması (insult, infarkt)
xroniki beyin damar çatışmamazlığı (serebral ateroskleroz, hipertenziv ensefalopatiya, damar demensiyası və s.)

Mərkəzi Sinir Sisteminin demiyelinizasiya və ekstrapiramid patologiyası:
dağınıq skleroz
yan amiotrofik skleroz
Parkinson xəstəliyi
essensial tremor, tranzitor tiklər

Periferik sinir sistemi və əzələ-sinir xəstəlikləri:
üçlü sinirin nevralgiyası, atipik üz ağrıları; orta, dirsək, mil sinir və digər neyropatiyalar
vestibulopatiya, diabetik polineyropatiya
bel-oma radikuliti, miasteniya

Vertebro-nevroloji patologiya və vegetativ sinir sisteminin xəstəlikləri:
fəqərə sütunu osteoxondrozu, diskogen miyelopatiya
lümbo-işalgiya, radikulopatiya, servikalgiya
servikokranialgiya, servikobraxialgiya, torakalgiya
vegetativ-damar distoniyası.
Reyno sindromu.
essensial hiperhidroz, xroniki idiopatik anhidroz və s.

Baş ağrısı:
gərginlik və klaster baş ağrıları
miqren
posttravmatik xroniki baş ağrıları və s.

uşaqlar və yeniyetmələrdə epilepsiya
epileptiform paroksizmlər
baş ağrıları, somnambulizm
tiklər, enurez
hiperaktivlik, diqqət zəifliyi sindromu.

Fərdi xidmət (psixoanaliz, psixoterapiya)

Özümü daha yaxşı tanımaq və həyatdan nə istədiyimi bilmək istəyirəm
İnsanlar məni başa düşmür, istəsəm də “yox” deyə bilmirəm
Uşağımı tərbiyələndirməkdə çətinliklərlə üzləşirəm.Yeniyetməlik yaşındakı övladımla anlaşa bilmirəm
Vacib bir seçim qarşısındayam, necə addım atmaq lazım olduğunu bilmirəm
Çox utancağam, xarici görünüşümü bəyənmirəm, komplekslərimlə mübarizə aparıram, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm
Özümə əminliyim yoxdur, dostlarım (rəfiqələrim) çox azdır
Yorğunam, xoşbəxt deyiləm, sanki boşluğun içindəyəm, yuxusuzluqdan əziyyət çəkirəm

Ailə psixoterapiyası
nigah qabağı və ər-arvad evlilik psixoterapiyası
intim problemlər
ailə daxili yaşanan ünsiyyət-davranış problemləri
boşanma mərhələsindəki ailələr
valideyin-övlad münasibətlərində yaşanan çətinliklər
yeniyetmə dövrünün psixoloji və psixo-seksual problemləri

Psixoloji qiymətləndirmə
qiymətləndirmə (zəka, qabiliyyət, dünya görünüşü, şəxsiyyət strukturu və s.) testləri
şəxsiyyətin temperamenti və digər fərdi tipoloji xüsusiyyətlərinin tədqiqi
psixosomatik və psixopatoloji sindromların differensial diaqnostikası.