Dişləri necə fırçalamalı

Dünya Sağlamlıq Təşkilatı dişləri nizamlı fırçalamanın ağız sağlamlığını qorumaq üçün kifayət olmadığını qeyd edir. Mütəxəssislərin sözlərinə görə, dişlərinizin sağlamlığı üçün onları neçə dəfə fırçaladığınız qədər necə fırçaladığınız da əhəmiyyətlidir. Dişləri fırçalayarkən çənəni 3 hissəyə ayırmaq lazımdır: azı dişlər, iti köpək dişləri və ön dişlər. Hər bir hissənifırçalayarkən diqqətli olmaq lazımdır. Əks halda diş minasına zərər verə bilərsiniz.

Bəs dişləri necə fırçalamalıyıq?

1. Ağızdakı seliyi təmizləmək üçün ilıq su ilə ağzınızı yaxalayın.

2. Diş fırçasını ağzınıza salın və azı dişlərini dairəvi hərəkətlərlə fırçalayın. Fırçanı çox sıxmaq lazım deyil. Nizamlı hərəkətlərlə yemək artıqlarından xilas ola bilərsiniz.

3. Dişlərinizin yan qismini fırçaladıqdan sonra üst qisimləri də fırçalayın. Yenə yüngül dairəvi hərəkətlər tətbiq edin.

4. Ön dişləri həm dairəvi, həm də yuxarı-aşağı hərəkətlərlə fırçalayın.

5. Diş fırçalayarkən unudulan yerlərdən biri də dişlərin iç hissəsidir. Şaquli hərəkətlərlə dişlərinizin içəridə qalan qisimlərini də fırçalayın.


 

Diş sapından istifadə

 

Diş sapından istifadə həkimlər tərəfindən təklif edilir və həqiqətən faydalıdır. Diş daşlarına qarşı təsirli olan diş sapını da narın və düz bir şəkildə istifadə etmək lazımdır. İlk dəfə diş sapından istifadə etməyə başladığınız zaman diş ətləriniz qanaya bilər. Ancaq zaman keçdikcə qanama dayanacaq. Əgər qanama davam etsə, həkimə müraciət etməlisiniz. Davamlı qanayan diş ətləri xəstəliklərin xəbərçisi ola bilər.

 
TEXT_FEEDBACKS