İslam pəhrizinin 13 qaydası

Sağlam qidalanma" nə deməkdir?

 

Sağlam qidalanma - insan orqanizminin normal inkişafını, boy artımını, möhkəmlənməsini və xəstəliklərin profilaktikasını təmin edən qidalanmadır. Sağlam pəhriz qaydalarına riayət etmək və müntəzəm fiziki fəaliyyət artıq çəki, ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək qan təzyiqi və xərçəng kimi xroniki xəstəliklər riskini azaldır. Əlbəttə, hər kəsin ideal tərkibli pəhrizi onun fəaliyyəti, həyat tərzi və hətta yaşayış yerindən asılıdır. Lakin səhiyyə təşkilatları tərəfindən hazırlanmış az və ya çox universal məsləhətlər var. Eləcə də internet saytlarında və TV ekranlarından çox saylı pəhrizlər eşidirik.

Günümüzdə rastlaşdığımız bu pəhrizlərlər arasında necə seçim etməli? Qeyd etdiyimiz kimi hər pəhriz individual olaraq seçilməlidir ki, orqanizmə ziyanı olmasın. Buna riayət etmək isə bəzən çətindir. Ən gözəl pəhriz sağlam qidalanmaqdır. Peyğəmbərimiz Məhəmməd (s.v.s)-ın yaşayış tərzi, sünnəsi, onun yolundan gedən hər müsəlman üçün rahatlıqla qəbul edilməlidir. Alimlərin hədislərdən və Qurandan öyrənərək bizlərə verdikləri məlumatlardan Peyğəmbərimizin sağlam yaşamla bağlı nələri məsləhət gördüyünü müəyyən qədər bilirik. İslam pəhrizinin 13 qızıl qaydasını tətbiq edin, sağlam bəslənin..

1- Acmadan yemək yeməyin; 

2- Süfrədən doymadan əvvəl qalxın, doyduqdan sonra qətiyyən yeməyin;

3- Kəpəkli təbii çörək yeyin;

4- Sadə, bəsit və yavan yeməkləri (dövrümüzdə "fast food" adlanır) az miqdarda yeyin;

5- Mümkün olduğu qədər təmiz havada olun;

6- Yeməkdən əvvəl bəsmələ çəksəniz, axırda "əlhəmdülillah" desəniz, yeməyin bərəkəti, faydası və mənəvi faydası artar; həm qida, həm də şəfa olar;

7- Qətiyyən israf etməyin;

8- Çörəkotu və digər ədviyyatları məqbul ölçüdə olaraq davamlı istifadə edin;

9- Peyğəmbərlərin sünnəsi olan sirkəni istifadə edin;

10-Gecə saatlarında yemək yeməyin;

11. Yeməkdən əvvəl su için;

12. Ayaq üstdə yeyib -içməyin;

13. Çörəyi az istifadə edin.

Hz Peyğəmbərimiz(s.v.s) belə buyurmuşdur: " Mədənizin üçdə birini su ilə doldurun, üçdə birini yemək ilə doldurun, üçdə birini isə boş saxlayın".

Gəlin, İslam qaydalarında olan pəhrizə əməl edərək həm öz sağlamlığımızı təmin edək, həm də israfdan çəkinərək təmiz və xoşbəxt bir dünya quraq.